 |
Poliqlot: Windows versiyası
Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan Rus lüğəti əlavə olunmuşdur.
Poliqlot 1.0 versiysından 1.1 versiysına yenilənmə (UpGrade) yükləmək (7Mb)
Proqramın əsas pəncərəsi

Proqramın əsas pəncərəsi asağıdakı elementlərdən ibarətdir:
Menyu
Alət panelləri sahəsi
Söz maddələri siyahısı
Söz maddələrinin təsviri sahəsi
İstənilən sözün tərcümə edilməsi və axtarışı üçün daxil edilməsi sətri
Öyrədici oyun-trenajor

Öyrədici oyun-trenajor söz ehtiyatını artırmağa kömək edir.
Dialoq pəncərəsi şəkildə təqdim olunub
Oyunun yuxarı hissəsində sərf olunan vaxtın göstəricisi yerləşir.
Göstəricinin altında üzərində sözün düzgün tərcüməsini tapmaq tapşırığı yerləşən tablo var.
Verilmiş nümunədə istifadəçi daxil edilmə sahəsində "laziness" sözünü
daxil etməlidir. Bu halda mozaikada daha bir özək açılacaq, cavab düz olmadıqda
özək qara rəngə boyanır, sual isə müəyyən vaxtdan sonra təkrar olunacaq.
İstifadəçi cavablarda heç bir səhvə yol verməsə, mozaika tam açılacaq, əks halda
hətta ikinci düzəlişdən sonra mozaikada açılmamış elementlər qalacaq.
Qeyd etmək
lazımdır ki, daxil etmə registrə həssasdı, yəni sözü normal yazılışda olduğu
kimi daxil etmək lazımdır, yəni verilmiş nümunədə istifadəçi "Laziness" daxil etsə,
cavab səhv kimi qəbul olunacaq. Səhv cavab verildikdə tabloda düzgün cavab işıqlanacaq.
|
|